"Türkiyənin təkcə Ermənistanla yox, ümumiyyətlə bir neçə ölkə ilə diplomatik olaraq əlaqələr elə də yaxşı getmir. Məsələn Yunanıstan və bir neçə Avropa dövlətinə qarşı da Türkiyənin münasibəti isti deyil".
Bunu Faktmedia.az siyasi şərhçi Sona Əliyeva bildirib.
S. Əliyeva bildirib ki, amma buna baxmayaraq bu əsrin fəlakətində onlar hamısı Türkiyəyə həm xilasetmə qrupları ilə, həm də maddi olaraq yardımlarını etdilər:
"Eyni zamanda da ilk dəfə Ermənistan ərazisinə sərhədin açıldı və Türkiyə onların həm yardımlarını, həm də xilas etmə qüvvələrini qəbul etdilər. Düşünmürəm ki, bu gələcəkdə Ermənistan və Türkiyə münasibətlərini yaxşılaşdırmaqda rol oynasın. Amma hər bir halda gələcəkdə münasibətləri istiləşdirmək baxımından ilkin addım sayıla bilər. Bu təkcə Türkiyənin Ermənistanla olan əlaqələrinə deyil, o biri dövlətlərlə olan münasibətlərinə də aiddir".
Havar Şəfiyeva