"Mirzoyanla Mövlud Çavuşoğlu arasında görüşün baş verməsi gözlənilir. İndi bizim Şuşa-Laçın yolunda başlatdığımız aksiyaların mahiyyəti yumşaq gücdür. Bütövlükdə region sərt gücdən yumşaq güc mərhələsinə gəlib çatdı. Yumşaq gücün formaları çoxdur".
Bunu Faktmedia.az-a beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli deyib. O bildirib ki, onlardan biri də humanitar gücdür:
"Zəlzələ üzərindən olunsa da 34 il sonra sərhədin açılması, Marqara-Alican sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması Ermənistanla Türkiyə arasındakı münasibətlərə yeni bir rəng qatacaq. Bu çox önəmli bir hadisədir. Zəngəzur dəhlizi də bizim üçün bütün prosseslərin olmazsa olmazıdır, yəni mütləq açılmalıdır. Bizim gələcəyimiz üçün zəmanət məsələsi də Zəngəzura bağlıdır. Bu, dövlət müstəqilliyinə bərabər ola biləcək bir strateji hədəfdir. Azərbaycan Mirzoyanın səfəri ilə bağlı mənfi bir fikir ifadə etmir. Lakin, Azərbaycan bütövlükdə çalışmalıdır ki, Mirzoyanın humanitar diplomatiya üzərindən həyata keçirdiyi sərhədlərin açılması prossesi Türkiyə-Ermənistanla yanaşı, Azərbaycan- Ermənistan humanitar diplomatiyası tətbiq olunsun. "Spayka" şirkətinə məxsus humanitar yardımla dolu maşınlar Alican keçid məntəqəsindən Türkiyəyə daxil olursa, Azərbaycanın humanitar yardım daşıyan avtomobil karvanı da Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan isə, Türkiyəyə daxil olmalıdır. Türkiyənin indiki məqamda humanitar diplomatiya üzərindən tətbiq olunan bu gedişi dəstəkləyəcəyi, Azərbaycana da ötürülməsinə isti baxacağı güman edilir".
Ə. Əlibəyli əlavə edib ki, humanitar diplomatiya mümkündür və belə diplomatiya Azərbaycanla Ermənistan arasında həyata keçirilə bilər:
"Humanitar diplomatiya mədəniyyət, incəsənət, akademik, idman və humanitar sahələrdə qarşılıqlı əlaqələr vasitəsilə cəmiyyətlər arasında əlaqələri gücləndirməyə kömək edən bir yanaşmadır. Dialoq, anlaşma və əməkdaşlığın təmin edilməsinə diqqət yetirməklə humanitar diplomatiya dövlətlər arasında gərginliyin azaldılmasına və barışığa töhfə verə bilər.
Azərbaycan və Ermənistan arasında keçmiş münaqişələrdən sonra humanitar diplomatiya bu iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasında mühüm rol oynaya bilər. Bu cür diplomatik səylər gənclər və mədəni mübadilə proqramları, transsərhəd humanitar layihələr, birgə idman tədbirləri kimi sahələrdə həyata keçirilə bilər. Bu cür tədbirlər münaqişə məsələlərini həll etmək, icmalar arasında qarşılıqlı anlaşma və qarşılıqlı əlaqəni artırmaq üçün platforma təmin edə bilər.
Bununla belə, təkcə humanitar diplomatiya kifayət deyil və rəsmi diplomatiya səylərini tamamlamalıdır. Humanitar diplomatiya dövlətlər arasında münasibətlərin yaxşılaşdırılmasında mühüm alət ola bilər, lakin yekun həll üçün rəsmi danışıqlar və razılaşmalar lazımdır".
Rəna Həsənova