“Fransa Ermənistanın atəşkəs rejiminin pozması ilə bağlı təxribatçı addımlar atmasına şərait yaradır”.
Bu sözləri Faktmedia.az-a danışan Siyasi və Hüquqi, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.
O bildirib ki, danışılan fikirlərin hər birində həqiqət payı var:
"Bəzi fikirlər var ki, Qarabağda yerləşdirilən qüvvələr Fransa tərəfindən hazırlanmış bir taktikadır ki, onlar gəldiyi gündən artıq öz mövqelərini nümayiş etdirirlər. Eyni zamanda Ermənistanın Avropa İttifaqı missiyasının regiona yerləşdirilməsindən sonra ürəkləndiyini və atəşkəs rejiminin pozması ilə bağlı təxribatçı addımlar atmasına şərait yaradır. Düşünürəm ki, bu fikirlərin hər birində həqiqət payı var. Hər bir halda unutmayaq ki, biz atəşkəs rejiminin etiraz aksiyaları başladığından bu günə kimi atəşkəs rejiminin pozulmaması ilə bağlı mənzərənin şahidi olmadıq. Bu müsbət bir addım idi, amma artıq 70 gündən sonra atəşkəs rejiminin pozulması ondan xəbər verir ki, kontrnfentnin nəzarəti altında olan ərazilərindən heç də Rusiyalı sülhməramlı qüvvələrinin öhdəliklərini istisna etmir. Onlar bu məsələdə aktivlik nümayiş etdirməlidirlər və öz üzərinə düşən vəzifələrin yerinə yetirməlidirlər. Təbii ki, bunların olması gözləniləndir. Çünki qarşı tərəfdə olan məkirli və hiyləgər düşmən Ermənistandır”.
Politoloq qeyd edib ki, Rusiya ilə Avropa İttifaqı ölkələri arasında onsuz da ciddi gərginlik var:
“Rusiyaya qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edir. Bəzi qüvvələr Cənubi Qafqazda Rusiyaya qarşı bir cəbhə qoymağı ortaya qoymuşdur. Unutmamalıyıq ki, sülhün bərqərar edilməsində hələ ki, təşşəbüskar Azərbaycandır. Azərbaycan bu məsələdə ciddi dəstək olmasa, tək başına ciddi bir nəticə əldə edə bilməyəcək. Çünki sülhün əldə edilməsi üçün regionun bütün dövlətlərinin, xalqlarının mövqeyi olmalıdır. Hər bir halda həmin qüvvələrin Ermənistan ərazisində yerləşdirilməsi heç də xoş niyyətdən xəbər vermir".