“Birləşmiş Ştatlarda 2024-cü ildə keçiriləcək prezident seçkilərinin nəticələri bu ölkədə münaqişə bir neçə il davam edərsə, Ukraynadakı vəziyyətə təsir göstərə bilər”.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban deyib.
O bildirib ki, Ukrayna münaqişəsinin həlli üçün təkcə Ukrayna ilə Rusiya arasında deyil, həm də Rusiya və ABŞ arasında danışıqlar aparılmalıdır:
“Ukrayna ABŞ “hə” dediyi müddətcə döyüş əməliyyatlarını davam etdirə bilər və yalnız “yox” dedikdə atəşkəs mümkün olacaq. Yenidən prezidentliyə namizədliyini irəli sürməyi planlaşdıran [ABŞ-ın keçmiş prezidenti Donald] Tramp atəşkəs istəyir. Ona görə də 2024-cü ildə ABŞ-da keçiriləcək seçkilər Ukrayna ətrafındakı vəziyyətə birbaşa təsir edə bilər. Bu, hətta müharibənin nəticələrinə də təsir edə bilər”.
Macarıstanın baş nazirinin sözlərinə görə, Birləşmiş Ştatlar son illərdə Avropa siyasətini formalaşdırmaq cəhdlərində daha az fəal rol oynasa da, Ukraynada silahlı münaqişə başlayandan və ABŞ-ın rəhbəri kimi liderliyi ələ keçirdikdən sonra vəziyyət dəyişib. "Müharibə koalisiyası" Ukraynanı dəstəkləyir.
Rəna Həsənova