“Birləşmiş Ştatlar Rusiyanın Yeni START müqaviləsinə qayıdacağına ümid edir, lakin bunun baş verməyəcəyindən qorxur”.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin Strateji Komandanlığının komandanı general Entoni Kotton deyib.
General "Ümid edərdim ki, onlar qayıdıb tələblərə əməl etməyə çalışacaqlar. Amma ümid plan deyil" - deyə vurğulayıb.
Qeyd edək ki, fevralın 21-də Rusiya prezidenti Federal Məclisə xalqa müraciətində Rusiyanın Yeni START-da iştirakını dayandırmaq qərarını açıqlayıb.
Bəsti Məmməd