Rusiya prezidenti Vladimir Putin Fələstin dövlətinin yaradılmasının zəruri olduğunu bildirib.
Faktmedia.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Putin bəyan edib ki, İsrail-Qəzza cəbhəsindəki son münaqişələr ABŞ-ın Yaxın Şərq siyasətinin uğursuzluğudur.
Rusiya prezidenti Vladimir Putin İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşündə Fələstin məsələsi ilə bağlı mühüm mesajlar verib.
O bildirib ki, Qəzza- İsrail xəttində baş verən son münaqişələr ABŞ-ın Yaxın Şərqdəki siyasətinin uğursuzluğunu göstərir.
Putin müstəqil Fələstin dövlətinin yaradılmasını zərurət kimi qiymətləndirib.
Rəna Həsənova