HƏMAS 200-250-yə yaxın girov olduğunu və şərtlər yerinə yetirildikdə onları azad edəcəklərini bildirib.
Faktmedia.az xəbər verir ki, bu sözləri HƏMAS -ın hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü deyib.
Girovlarla humanitar qanunlara uyğun davrandığını iddia edən Həmas, müxtəlif millətlərdən olan məhbusları “şərait imkan verdikdə” azad edəcəklərini bildirib:
"Bir çox müxtəlif millətlərdən olan girovlarımız var. Onlar bizim qonaqlarımızdır. Şərtlər yerinə yetirildikdə onları azad edəcəyik".
Xəyalə Xəlilova