İsrailin mühasirədə olan Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində daha bir jurnalist həyatını itirib.
Faktmedia.az xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzzanın şimalındakı Es-Səftavi bölgəsində fələstinli jurnalist Məhəmməd Baluşenin evinə hücum edib.
“Fələstin əl-Yevm” kanalının müxbiri Baluşenin hücumda həyatını itirdiyi, çoxlu sayda insanın yaralandığı bildirilib.
Qeyd edək ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda həlak olan jurnalistlərin sayı 13-ə yüksəlib.
Rəna Həsənova