İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda 8 jurnalist həyatını itirib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat ofisi açıqlama verib .
Açıqlamada hücumlar zamanı 8 jurnalistin həyatını itirdiyi, 10 jurnalistin yaralandığı, 2 jurnalistin itkin düşdüyü bildirilib.
Açıqlamada İsrail ordusunun həyata keçirdiyi hücumlarda 3 jurnalistin evinin tamamilə dağıdıldığı, şəhərdəki 40 media orqanının isə hava hücumlarının hədəfi olduğu vurğulanıb.
Xəyalə Xəlilova