Fransada polis La-Manş sərhədində yerləşən Kale şəhərindəki immiqrant düşərgəsini dağıdıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, polis səhər saatlarında 500-dən çox immiqrantın yaşadığı Turquerie düşərgəsinə basqın edib.
Təhlükəsizlik qüvvələri immiqrantları düşərgədən çıxararkən, immiqrasiya statusu çərçivəsində olmadığı üçün oradakı 21 nəfəri təcridxanaya aparıblar.
Bir nəfər xəstəxanaya yerləşdirilib, Qubernatorluq qalan mühacirləri müvəqqəti yerləşdirmə mərkəzlərinə aparıb.
Xəyalə Xəlilova