İsrailin sıx hücumlarına məruz qalan Qəzza zolağında 175 mindən çox insanın BMT məktəblərinə sığındığı açıqlanıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyindən verilən açıqlamada, İsrailin tam blokadası altında olan Qəzzada minlərlə mülki şəxsin BMT-yə bağlı 88 məktəbə sığındığı bildirilib .
Eyni zamanda BMT Qəzzada yarım milyon insanın faydalandığı 14 qida mərkəzinin hamısının bağlandığını da açıqlayıb.
Rəna Həsənova