Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə başlayan münaqişə 10-cu günündə də davam edir. Hər iki tərəfdən çoxlu mülki itki var. İsrail blokadada saxladığı Qəzzanı bombalayarkən, Bayden İsrailin Qəzzanı işğal etməsinin böyük səhv olacağını bildirib.
Fələstin prezidenti Abbas HƏMAS-ın hərəkət və siyasətlərinin Fələstin xalqını təmsil etmədiyini bəyan edərək, İsrailin Qəzzaya hücumlarının dərhal dayandırılmalı və təcili humanitar yardım dəhlizlərinin açılmasına icazə verilməli olduğunu bildirib.
ABŞ prezidenti Co Bayden Həmas-İsrailin Qəzzada intensivləşən hücumları ilə bağlı yeni açıqlama verib.
HƏMAS-ın tamamilə məhv edilməsinin lazım olduğunu, lakin Fələstin rəhbərliyi və dövləti üçün bir yol olması lazım olduğunu ifadə edən Bayden, bu yol iki dövlətli həll yoludur və ABŞ-ın onilliklər boyu siyasətidir. Müstəqil dövlət yaradacaq. İsrailin yanındakı 5 milyon fələstinli üçün, - deyib.
Xəyalə Xəlilova