Prezident Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb.
Söhbət zamanı bölgədəki humanitar vəziyyət, sülhün təmin edilməsi istiqamətində görülən işlər və günü-gündən intensivliyi artan İsrail-Fələstin münaqişələri çərçivəsində atılacaq addımlar müzakirə edilib.
Prezident Ərdoğan görüşdə Qəzzada günahsız mülki vətəndaşlara qarşı insan haqlarının pozulmasının qəbuledilməz olduğunu, Türkiyənin onlara yardım etmək üçün səy göstərdiyini, xüsusilə Qərb ölkələrinin gərginliyi azaltmaq üçün addımlar atmalı və nəticə çıxarmayan səylərdən uzaq durmalı olduğunu söyləyib.
Rəna Həsənova