Mühasirədə olan Qəzza zolağında İsrail və HƏMAS arasında müvəqqəti atəşkəs əldə edildiyinə dair xəbərlər İsrail Baş Nazirlik Ofisi tərəfindən təkzib edilib.
Faktmedia.az xəbər verir ki, Qəzza zolağında atəşkəsin əldə olunması xəbəri gündəm yaradıb.
İsrail baş nazirliyindən verilən açıqlamada Qəzzada əcnəbi vətəndaşların çıxarılması müqabilində atəşkəsin əldə edildiyi və ya humanitar yardımların oraya daxil olması üçün razılığın əldə edildiyi xəbəri təkzib edilib.
Həmas həmçinin bildirib ki, Misir Rəfah Sərhəd Qapısının açılması ilə bağlı onlarla heç bir əlaqə saxlamayıb.
Fələstin hökumətinin HƏMAS-a bağlı Qəzzadakı sözçüsü Selame Maruf atəşkəs iddiaları ilə bağlı "İsrail mətbuatında həddən artıq çox şey yayılır və bunlar əsassızdır" deyib.
Qeyd edək ki, Qəzza zolağının cənubunda Misirə açılan Rəfah Sərhəd Qapısının bu gün xarici vətəndaşların təxliyyəsi üçün açılacağı və bir neçə saatlıq atəşkəsin əldə olunduğu barədə mətbuatda xəbərlər yer alıb.
Xəyalə Xəlilova