İsrail Livan sərhədindən iki kilometr aralıda yerləşən 28 kəndin sakinlərini təxliyə edir.
Faktmedia.az xəbər verir ki, Livanda Hizbullah və İsrail arasında artilleriya və raket atışması gedir.
Sərhədin hər iki tərəfindən insan tələfatı ilə bağlı xəbərlər var.
Bu kəndlərdən biri olan Ştula kəndi dünən, Hizbullahın raket hücumuna məruz qalıb.
İsrail mediası bir mülki vətəndaşın öldüyünü bildirib.
Rəna Həsənova