Cənubi Amerika ölkəsi Ekvadorda keçirilən prezident seçkilərində 35 yaşlı keçmiş deputat Daniel Noboanın qalib gəldiyi təsdiqlənib.
Faktmedia.az xəbər verir ki, səslərin 91,46 faizinin hesablandığı Ekvadorda ilkin nəticələrə görə, Milli Demokratiya Hərəkatının namizədi Noboa 52,28 faiz, solçu Xalq İnqilabının namizədi Luisa Qonzales isə 47,72 faiz səs toplayıb.
Noboa qələbə nitqində sabahdan etibarən yeni Ekvador üçün çalışacaqlarını ifadə edərək, "Sabahdan yeni bir ümid başlayır və respublikanın yeni prezidenti Daniel Noboa sabahdan etibarən işə başlayır" deyib.
Milli Seçki Şurasının (CNE) prezidenti Diana Atamaint də seçki qutularının 90 faizindən çoxunun açıldığını və Noboanın seçkiləri qabaqlayacağına əmin olduğunu bildirib.
Son aylarda görünməmiş təhlükəsizlik böhranı ilə üzləşən səlahiyyətlilər, seçki təhlükəsizliyi üçün əsgər və polis də daxil olmaqla təxminən 100 min insanı təyin etmişdilər.
Seçkiləri izləmək üçün 300 beynəlxalq müşahidəçinin iştirak etdiyi bildirilib.
Rəna Həsənova