Türkiyədə keçirilən prezident seçkilərində səslərin sayılması prosesi başa çatıb. Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, Kemal Kılıçdaroğlu 45 faiz səs toplayıb.
Sağçı ATA ittifaqının namizədi Sinan Oğan 5,22 faiz səs qazanıb. Seçici fəallığı Türkiyə üçün rekord - 88,84 faiz təşkil edib. MSK-nın məlumatına görə, namizədlərə verilmiş 53,9 milyon səsdən bir milyondan çoxu etibarsız sayılıb.
Səslərin 99,9 faizi sayıldıqdan sonra Ədalət və İnkişaf Partiyasının başçılıq etdiyi Cumhur İttifaqı parlament seçkilərində üstünlük qazanaraq 600 mandatdan 321-nə yiyələnib. Millət ittifaqı parlamentdə 266 yerə sahib olub.
Prezident seçkilərinin mayın 28-nə təyin olunmuş ikinci turunda qalib sadə səs çoxluğu ilə müəyyən ediləcək. Analitiklər hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şanslarını yüksək qiymətləndirir./Azertac
10:40
Türkiyədə səsvermə qutularının 99,01 faizi açılıb.
Bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Son məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,36 faiz, Kemal Kılıçdaroğlu 44,99 faiz, Sinan Oğan isə 5,21 faiz səs toplayıb.
19:07
Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb.
Faktmedia.az türk mediasına istinadən xəbər verir ki, yerli vaxtla saat 17:00-da səsvermə yekunlaşıb.
Yüksək faizlə Hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan rəqibi Cümhuriyyət Xalq Partiyasının sədr Kamal Kılıçdaroğluna qalib gələcəyi gözlənilir.
Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener bildirib ki, hər hansı mənfi hal qeydə alınmayıb, seçki tam şəffaf keçirilib.
Açıqlanan faizlər isə belədir:
Sivas/İmranlı
Ərdoğan: 40
Kılıçdaroğlu: 4
Oğan: 6
Şanlıurfa/Xəliliyyə:
Ərdoğan: 354
Kılıçdaroğlu: 0
Oğan: 2
Adana, Pozantı rayonunun Ömərli kəndi:
- Ərdoğan: 143
- Kılıçdaroğlu: 13
- Keçərsiz: 4
İstanbul, Qaziosmanpaşa, Qaradəniz məhəlləsi, 2066 saylı seçki qutusu:
- Ərdoğan: 95
- Kılıçdaroğlu: 29
- Digər: 4
Adıyaman-Kahta bölgəsi
Birinci namizəd (Ədoğan): 69 faiz
İkinci namizəd (Kılıçdaroğlu): 28 faiz
Üçüncü namizəd (İncə): 3 faiz
Sivas/Akıncılar - 1016-cı məntəqə:
- Ərdoğan: 47
- Kılıçdaroğlu: 9
- Oğan: 2
Şırnak/İdil kəndi:
- Ərdoğan: 140
- Kılıçdaroğlu: 2
- Sinan Oğan: 1
Sivasın Zara ilçəsinin Yayıközü kəndi:
- Ərdoğan: 116
- Kılıçdaroğlu: 0
- Oğan: 0
Sevinc Hüseynova