MHP sədri Dövlət Baxçalının Türkiyədə keçiriləcək seçkilərdə Ərdoğanı lider görməsi ölkə siyasətində xeyli müzakirə olundu. Vaxtı ilə Ərdoğan haqqında kəskin açıqlama verən patiya sədrinin belə bir açıqlaması türk mediasında manşet oldu.
Faktmedia.az xəbər verir ki, bu gün Prezident Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə görüşüb. Partiya sədrinin evində keçirilən görüş bir saat çəkib. Görüş barədə mətbuata açıqlama verilməyib.
Qeyd edək ki, Baxçalı bir Ərdoğan haqqında bunları demişdi:
Prezidentin yenidən namizəd ola bilməyəcəyini iddia etmək hüquqi cəhətdən etibarsız və siyasi baxımdan ciddi günahdır. Cənab Ərdoğanın prezidentliyə namizədliyi buz kimi konstitusiya, mənəvi və hüquqi baxımdan legitimdir.
Zeynəb Müzəffərli