Azərbaycan Prezidentinin 2023-cü il 28 yanvar tarixli müvafiq Sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Bu barədə Faktmedia.az-a ANAMA-dan bildirilib.
Bu gün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov kollektivə təqdim olunub.
Bəhruz Məmmədovu kollektivə İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdim edib.
Məlumat üçün qeyd edək ki, Bəhruz Məmmədov müvafiq təyinatadək Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.