Xarici mütəxəssis, kardioloq Filipp Kopılov hipertoniyadan əziyyət çəkən xəstələrin buraxdığı əsas səhvlərdən danışıb.
Həkim müsahibəsində bildirib ki, hipertoniyanın müalicəsində nanə çayı, isti ayaq vannaları və ya sirkəli kompres şəklində sınanmamış “xalq üsulları”na icazə vermək olmaz.
“Siz yalnız arterial hipertoniyanın müalicəsinin sübut olunmuş üsullarına müraciət etməlisiniz. Bu gün onlar seçilmiş terapiya aparmaqdan və təzyiqə nəzarət etməkdən ibarətdir",- deyə kardioloq qeyd edib.
Həkimin sözlərinə görə, hipertoniya xəstələrinin öz-özünə dərman müalicəsi və həkimə müraciət etmək istəməməsi əsas səhvlərdən biridir.
“Hipertoniya xəstələri üçün müalicə planı yalnız həkim tərəfindən tərtib edilməlidir. Özbaşına müalicə tamamilə yolverilməzdir. Yalnız xalq müalicəsi ciddi klinik sınaqlardan keçdikdən sonra həkimlər onları tövsiyə edə bilər",- deyə mütəxəssis diqqətə çatdırıb.
Xəyalə Xəlilova