“Qan təzyiqinin yüksəlməsinin müxtəlif səbəbləri ola bilər. Bunlardan biri də duz istehlakıdır. Duzdan istifadəni tamamilə dayandırmasaq da, azaltmalıyıq. Xüsusən də hipertoniya xəstələri üçün bu vacibdir”.
Bunu Faktmedia.az-a açıqlamasında kardioloq Aynur Əlizadə bildirib.
Həkim qeyd edib ki, duz bədəndə maye axınını azaldır. Necə ki, böyrəklər üçün zərərlidir, eləcə də qan dövranı üçün olduqca təhlükəlidir. Buna görə də süfrəyə əlavə duzun qoyulması tövsiyə edilmir. Bundan başqa duzlu qidalar, turşuların da istehlakını azaltmaq lazımdır.
Xəyalə Xəlilova