"Riskli qidalara daha çox, toyuqdan, moyonezdən, balıqdan, hazırlanan yeməklərə aiddir. İlk növbədə qidanın mənşəyi məlum olmlıdır. İkinci növbədə evdəki emal prosesinə nəzarət etmək lazımdır. Salat hazırlanıb otaq temperaturunda saatlarla saxlayırsa, bu zaman zəhərlənmə halları daha çox baş verir".
Bunu Faktmedia.az-a qida mütəxəssisi Ağa Salamov deyib. O bildirib ki, bu xüsusən, moyonezli, ətli salatlara, eyni zamanda bunlardan hazırlanan isti yeməklərə də aiddir:
"Ona görə salatları hazırlanan kimi soyuducuya qoymaq məsləhətlidir. Eyni zamanda ictimai iaşə müəssələrində də müştərilər gələnə qədər bu kimi qidalar soyuducular da saxlanılmalıdır. Bəzən isti yeməklər hazırlanmadan öncə əti salafanın içində saxlayırlar. Bu qətiyyən yol verilməzdir, o vaxt bakteroloji çirklənmə yaranır və ətdə müxtəlif bakteriyalar əmələ gəlir, həmin bakteriyalar insan orqanizmdə qurdların yaranmasına səbəb olur. Ət məhsulları bişən kimi süfrəyə təqdim olunarsa, bu zaman daha ləzzətli olur. Əgər ət məhsullarını bişirib axşama süfrəyə təqdim edəcəyiksə, bu zaman o yeməyi saatlarla otaq temperaturunda saxlamaq olmaz. Bu zaman qidanı soyudub, soyuducuya qoymaq və süfrəyə verilərkən təzədən qaynatmaq lazımdır".
Havar Şəfiyeva