“Xəstələrin çoxu telefonla, mesajla dərman yazmağımızı istəyirlər. Amma bu tamamilə yanlışdır. Xəstəni əyani, real olaraq müayinə etmədən hər hansı dərman müalicəsi yazmaq doğru deyil. Bu ağırlaşmalara səbəb ola bilər. Bəzən buna görə pasiyentlər hətta həkimdən inciyirlər də, amma bilmək lazımdır ki, həkim xəstəni yoxlamadan məsuliyyət götürüb dərman yaza bilməz”.
Bunu Faktmedia.az-a açıqlmasında həkim-nefroloq Fərhad Şirinov deyib.
Həkim qeyd edib ki, texnologiyanın inkişafı bu məqamda həkimlərin işini çətinə salır. Pasiyentlər bəzi hallarda görüntülü zənglə belə müayinə olunmaq istəyirlər. Amma unutmaq olmaz ki, hər hansı diaqnozu qoymaq və müalicəyə başlamaq üçün həkimin birbaşa müayinəsi və analizlərin tətbiqi lazımdır.
Rəna Həsənova