“Bir xəstəliyə diaqnoz qoyulmazdan öncə mümkün olan bütün müayinələr, analizlər aparılmalıdır. Bəzən xəstələr bu müayinələrdən yayınmaq istəyirlər. Amma bilmək lazımdır ki, müayinə olmadan dəqiq diaqnoz qoymaq mümkün deyil”.
Bunu Faktmedia.az-a müsahibəsində terapevt Mirəsgər Əsgərov deyib.
Həkim bildirib ki, hər həkimin öz yanaşma tərzi var. Lakin bəzi standartlar var ki, bunlar mütləqdir. Yəni ilkin etapda həkim nədənsə şübhələnə bilər, bunu təcrübəsi çox olan həkim edə bilər. Amma bununla yanaşı detallı analizlər aparılmadan heç bir həkim diaqnoz qoymamalıdır. Müalicənin effektiv olması üçün standart hesab edilən müayinələr həyata keçirilməlidir.
Bəsti MƏMMƏD