İsti hava şəraitində ürək və damar xəstələri otaq temperaturunda su içməlidirlər.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Kardioloq Anna Panova araşdırmaları nəticəsində bu qənaətə gəlib.
Mütəxəssisin sözlərinə görə, infarkt dünyada insanların ən çox görülən ölüm səbəbi hesab olunur. Ürək xəstəliyi tez-tez qan damarlarında yığılan, qan axınına maneə törədən xolesterol lövhələrinin meydana gəlməsi səbəbindən baş verir.
“İsti havada özünüzü buzlu su ilə təravətləndirmək sağlamlıq üçün təhlükə yaratmır, buna görə də bir çox insanlar susuzluğunu yatırtmaq üçün soyuq içkilərə üstünlük verirlər. Ancaq bilməli olduğunuz bir şey var”,- deyə kardioloq bildirib.
Həkim həmçinin qeyd etdi ki, çox soyuq suyun qəfil axını mədə və boğazda qan damarlarının müvəqqəti daralmasına səbəb ola bilər ki, bu da bəzi insanlarda narahatlıq yarada bilər.
“Bir insanın yemək və ya içki həssaslığı yoxdursa, isti havada soyuq su içmək ümumiyyətlə problem deyil”,- deyə Anna Panova əlavə edib.
Xəyalə Xəlilova