Hamamın sağlamlığa müsbət təsir etdiyini və bədənin immunitet sistemini gücləndirməsinə kömək etdiyini hamı bilir. Ancaq bu hər kəs üçün keçərli deyil.
Bu sözləri kardioloq Andrey Kondrakin deyib.
Mütəxəssis xarici mediaya müsahibəsində hamam prosedurlarının kimə zərər verə biləcəyindən danışıb.
Kardioloq izah edib ki, tibb baxımından hamam fizioterapiya prosedurudur.
“Və bu o deməkdir ki, bu, təkcə faydalı deyil, həm də zərərli ola bilər. Və ilk növbədə ağciyər, dəri və bir sıra digər orqanların onkoloji xəstəlikləri olan insanlar risk altındadır. Bundan əlavə, ürək-damar sistemində problemi olan insanlar hamama baş çəkməməlidir”,- deyə mütəxəssis izah edib.
Xəyalə Xəlilova