Kardioloq Sergey Kadin qocalmanı ləngitməyə hansı amillərin kömək edəcəyindən danışıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, sağlam yuxu, fiziki fəaliyyət və ümumi sosial-psixoloji rifahın olması gözlənilən ömür uzunluğuna və orqanizmin vəziyyətinə təsir göstərir.
Bundan əlavə, kardioloq sağlamlıq vəziyyətinin müntəzəm müayinədən keçirilməsinin yaşlanma prosesini ləngitdiyini vurğulayıb.
Sergey Kadin bildirib ki, 18-40 yaş arası insanlar ən azı üç ildə bir dəfə mütəmadi olaraq tibbi müayinədən keçməlidirlər, 40 ildən sonra isə ildə bir dəfə bunu etmək məqsədəuyğundur. O qeyd edib ki, tibbi müayinə təhlükəli xəstəlikləri, o cümlədən xərçəngi ilkin mərhələdə müəyyən etməyə imkan verəcək.
Onkoloji xəstəliklərin diaqnozu üçün mədə-bağırsaq traktının endoskopiyası, kompüter tomoqrafiyası və ya MRT daxil olmaqla, dərin müayinənin fərdi planı təyin edilməlidir.
Qeyd edib ki, hazırda xərçənglə orqanizmin erkən qocalması arasındakı əlaqənin öyrənilməsinə yönəlmiş tədqiqatlar aparılır.
Xəyalə Xəlilova