Alimlər hamilə qadının ötürdüyü koronavirusun uşağın zehni inkişafına təsir göstərə biləcəyi fikrini irəli sürüblər.
Faktmedia.az xəbər verir ki, bu barədə “Pediatrics” jurnalında dərc olunmuş məqalədə bildirilir.
Qeyd olunur ki, hamiləliyin ikinci trimestrində COVID-19-dan sağalmış qadınlarda beyin zədəsi olan uşaqların doğulması halları olub.
Belə ki, belə anaların əlil övladı dünyaya gəlib, onlarda doğuş zamanı qıcolma olub, sonradan onların inkişafında gerilik olduğu üzə çıxıb.
Uşaqlarda koronavirus testi mənfi, lakin COVID-19-a qarşı anticisimlərin səviyyəsi yüksək olub. Mütəxəssislərin sözlərinə görə bu o deməkdir ki, virusun anadan plasentaya, sonra isə uşağa keçmə ehtimalı var.
Bəsti Məmməd