İsveçrə Federal İctimai Səhiyyə İdarəsi bu yazdan etibarən COVID-19 peyvəndinin, hətta yüksək risk altında olanlar üçün də tövsiyə edilmədiyini açıqlayıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir.
İsveçrə höküməti bu qərarı xəstəliyə qarşı peyvənd olunmuş və virusa qarşı təbii immuniteti formalaşmış vətəndaşların sayı ilə əlaqələndirib.
"2023-cü ilin yaz/yay ayları üçün heç bir COVID-19 peyvəndi tövsiyə edilmir. İsveçrədə demək olar ki, hər kəs peyvənd olunub, yaxud COVID-19-a yoluxub və sağalıb. Buna görə də onların immun sistemləri koronavirusa qarşı güclüdür”,- deyə ölkənin Federal İctimai Səhiyyə İdarəsi öz saytında qeyd edib.
Yüksək risk altında olanlar, 65 yaşdan yuxarı olanlar, immuniteti zəif olanlar və hamilə qadınların həkimlərlə fərdi müzakirələrdən sonra peyvənd ola biləcəkləri vurğulanıb.
Havar Şəfiyeva