Britaniya Ukraynaya qırıcı təyyarlərini verməkdən imtina etsə də, pilotlara təlim keçməsində hazır olduğunu bildirib.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.
Xatırladaq ki, bundan əvvəl Britaniya və Hollandiya Ukrayna üçün F-16 qırıcılarının alınması üçün beynəlxalq koalisiya yaratmaq qərarına gəlib.
Bu barədə razılıq Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə hollandiyalı həmkarı Mark Rutte arasında keçirilən görüşdən sonra əldə olunub.
Havar Şəfiyeva