Böyük Britaniya Ukraynadakı münaqişə başa çatdıqdan sonra Rusiya ilə dünya problemlərinin birgə həllinə qayıtmağa hazırdır.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş nazirinin nümayəndəsi Rişi Sunak bildirib.
Hökumət başçısının ofisi izah etdi ki, hazırda Moskva ilə dialoq və deskalasiya kanalları əhəmiyyətli dərəcədə məhduddur, lakin onları bərpa etmək olar.
"Biz geosiyasətdə sistem risklərini idarə etmək üçün doğru zaman olanda Rusiya ilə işləmək istəyirik" deyə Sunak bildirib. O əlavə edib ki, London Rusiya xüsusi əməliyyatının başlaması nəticəsində pozulan dünya nizamının sabitliyi şərti ilə istənilən ölkə ilə əməkdaşlığa hazırdır.
Havar Şəfiyeva