Kardioloq German Qandelman və immunoloq Andrey Prodeus Rusiya kanalında yayımlanan “Sağlam yaşa!” verilişinin efirində rəqsi ürək xəstəliyi riskini azaldan fəaliyyət adlandırıb.
Faktmedia.az xəbər verir ki, bu barədə Epizod kanalın saytında məlumat yerləşdirilib.
"Rəqs ürək-damar sisteminə faydalı təsir göstərir"- deyə həkim bildirib. Kardioloq rəqsin ürəyə faydalı təsirini onunla izah edib ki, bu fəaliyyət zamanı qan təzyiqi və xolesterin səviyyəsi nəzərəçarpacaq dərəcədə azalır.
Qeyd edək ki, əvvəllər Tibb Elmləri Doktoru Yelena Malışeva və kardioloq German Qandelman ürək problemlərinin ayaqların şişməsi ilə də özünü göstərdiyini bildirib.
Mütəxəssislər ayaqların şişməsi halında, ilk növbədə, ürəyin ultrasəs müayinəsinin aparılmasını tövsiyə edib.
Havar Şəfiyeva