Reabilitasiya həkimi və teleaparıcı Sergey Aqapkin və diyetoloq Marina Makişa çiyələklərin faydalı xüsusiyyətlərindən danışıb.
Faktmedia.az xəbər verir ki, "Rossiya 1" kanalında yayımlanan verilişinin efirində çiyələyin xərçəng, katarakta, qlaukoma, ürək-damar xəstəliklərinin qarşısının alınması və immunitet sisteminin fəaliyyətinin yaxşılaşdırılması üçün faydalı olduğunu söyləyib.
Mütəxəssislər çiyələyin çoxlu antioksidant ehtiva etdiyini və xərçəng və şişlərin inkişafının qarşısını aldığını qeyd ediblər.
Onu da qeyd edək ki, sarımsağın kolorektal xərçəng və döş xərçəngi riskini azaltdığı sübut edilib.
Havar Şəfiyeva