Afrika ölkələrində əhali və urbanizasiyanın sürətlə artması səbəbindən plastikdən istifadə artır.
Faktmedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib.
Açıqlamada, Afrika qitəsinin dünya plastik ehtiyatlarının 5 faizini istehsal etməsinə və yalnız 4 faizini istehlak etməsinə baxmayaraq, son illərdə artan əhali və urbanizasiya səbəbiylə qitədə tək istifadəlik plastikdən istifadənin artdığına diqqət çəkilib.
Dünyanın ən az plastik istehlak edən bölgələrindən biri olmasına baxmayaraq, qitədə plastik zibillərin yandırılması və lazımi qaydada utilizasiya edilməməsi səbəbindən ekoloji və sağlamlıq problemlərinin artdığı qeyd edilərək, hər hansı plastik emal mərkəzinin olmaması vurğulanıb.
Qeyd edək ki, plastik istifadəsinin artması Afrikada əkinçilik sahələrinin və suyun çirklənməsinə də səbəb olmuşdur.
Xəyalə Xəlilova