Sağlam qidalanma,sağlam həyatın vacib ünsürlərindən hesab olunur. Mütəxəssislərin fikrincə, sağlam qidalara üstünlük vermə vərdişi uşaq yaşlarda əsası qoyulmalıdır.
Valideynlər müəyyən dövrə qədər uşağın yemək rejiminə, qidalanmasına nəzarət etməli, bu sahədə fəsadları zamanında aradan qaldırmalıdırlar. Amma araşdırmalar göstərir ki, bu gün nəinki cəmiyyətimizdə, digər ölkələrdə də insanlar daha çox çöl qidaları olan fast-foodlara üstünlük verirlər. Mütəxəssislərin araşdırmasına görə, qeyri-sağlam qidalanma hər il 11 milyon insanın vaxtından əvvəl ölümü ilə nəticələnir. Bu məqamda sual olunur ki, ən çox hansı qidalar insan orqanizmi üçün zərərli hesab edilir? Bu sahədə alimlər yeni tədqiqat aparıblar.
Belə ki, araşdırmaya görə, dənli məhsullar və ya meyvələrdən məhrum olunmuş, yüksək duzlu qidalar olan pəhriz təhlükəli sayılır.
Qeyd olunan nəticələrlə razılaşan mütəxəssis-diyetoloq Yelena Solomatina lifin çox olması və keyfiyyətsiz ət və süd məhsullarından istifadənin də ömrün müddətinə təsir etdiyini bildirib.
Rəna Həsənova