Makiyaj materiallarının bəzi dermatoloji yan təsirləri ola bilər.
Dəri və zöhrəvi xəstəliklər mütəxəssisi Deniz Seçkin makiyaj məhsullarından istifadə edərkən bəzi məqamlara diqqət yetirmək lazım olduğunu bildirib.
“Makiyaj etmək bir çox qadın və gənc qızlar üçün gündəlik həyatının bir hissəsidir. Makiyaj məhsullarına bağlı olaraq müxtəlif dermatoloji yan təsirlər meydana gələ bilər. Bu yan təsirlərdən ən əhəmiyyətlisi makiyaj məhsullarına bağlı allergik dəri töküntüləridir. Bu allergik reaksiyalar xüsusilə makiyaj vasitələrinin təmasda olduğu yerlərdə dəridə qızartı, qaşınma və kəpək kimi özünü göstərir. Göz qapaqları və göz ətrafındakı dəri nazik və həssas olduğundan bu bölgələrdə allergik reaksiyalar daha çox olur.
Əgər daha əvvəl bir şəxsdə makiyaj məhsullarına görə allergik reaksiya yaranıbsa və bu reaksiyaya səbəb olan maddə dəri testi ilə aşkar edilibsə, həmin şəxs daha diqqətli olmalıdır. Alınan məhsulların etiketini yoxlamalı, allergik maddənin məhsulda olub-olmadığına baxılmalıdır”,- deyə həkim bildirib.
Həkim bildirib ki, makiyaj edəndə 3 sirrə hər kəs köklənməlidir: dəri həssaslığı, daxili allergik reklekslər, vurulan maddənin tərkibi. Bunları əvvəldən sınaqdan keçirmədən hər yerdə makiyaj etmək qadın üçün problemə çevrilə bilər.
Havar Şəfiyeva