Bəzi insanlar, istər böyüklər olsun, istərsə də uşaqlar su ilə təmasda olan vaxt allergik reaksiya ilə üzləşə bilər. Bununla belə, bu həmişə birbaşa suya allergiya ilə əlaqəli deyil.
Faktmedia.az xəbər verir ki, rusiyalı allerqoloq-immunoloq Anastasiya Şuqayeva allergiyanın səbəbləri barədə danışıb.
O, qeyd edib ki, bilavasitə suya olan allergiya aquagenik ürtikerlə əlaqədardır. Ürtiker dəridə anidən meydana gələn səpkilərdir. Ürtiker suyun temperaturundan, duzluluq səviyyəsindən və digər amillərdən asılı olmayaraq su ilə təmasdan sonra səpgilərin görünüşü ilə xarakterizə olunur.
Digər hallarda, bu, suyun tərkibində olan xüsusi allergenlərə və ya onun temperaturuna reaksiya ola bilər. Xüsusilə, hovuzda üzdükdən sonra tez-tez müşahidə olunan dezinfeksiyaedici maddələrə allergik reaksiya mümkündür. Bu hal tənəffüs simptomları və dəridə qızartı və qaşınma kimi özünü göstərə bilər.
Suda həll olunan maddələrə də allergik olmaq mümkündür. Bu, tez-tez xəstələrdə çirklənmiş su anbarlarında üzdükdən sonra baş verir.
Allergik reaksiya müəyyən temperaturlara məruz qalma ilə əlaqəli ola bilər. Məsələn, çox soyuq suda üzdükdən sonra soyuq ürtikerin (soyuq allergiya) simptomları mümkündür.
BƏSTİ