Körpələrin başında sarı qartmaq olur, getdikcə də qalınlaşır. Bunun səbəbi nədir və necə təmizləmək olar?
Bu barədə Faktmedia.az-a danışan pediatr Aytən İsmayılzadə bildirib ki, bu sarı qartmaq qneys adlanır.
Onun sözlərinə görə, el arasında buna süd qabığı da deyilir:
"Adətən, 1 aydan sonra yaranır. 3 aya kimi aradan qalxa bilər. Sonradan arta da bilar. Bunun təmizliklə heç bir əlaqəsi yoxdur. Səbəbi dəridəki yağ vəzilərinin artıq yağ maddəsi hazırla- ması ilə bağlıdır. Adətən, allergik (həssaslığı yüksək olan) uşaqlarda daha çox görülür. Təmizləyəndə qoparmaq olmaz. Çox da qalınlaşıb bərkiməsini gözləmək olmaz. Çünki təmizləyərkən dəridə qopma zamanı didilmə baş verə, yara əmələ gələ bilər, oraya isə göbələk, mikrob düşərsə, infeksiya keçə bilər".
Həkim bildirib ki, qartmaq nazik olanda vazelin və ya uşaq yağı vurub saxlamaq, bir neçə saat sonra başını yumşaq şəkildə darayaraq yumaq lazımdır:
"Bu zaman dərinin tər-təmiz olmasına çalışmayaq. Mütəmadi prosedurlar nəticəsində tədricən təmizlənəcək. Lakin allergik fonun güclənməsi yenidən qneys yarada bilər. Ona görə də süd veran ana qidalanmasına fikir verməli, körpani isə 1 yaşa kimi nəzarət edərək bəsləməlidir".
Rəna Həsənova