Alimlər qan testi ilə beyin xərçəngini erkən mərhələdə müəyyən etməyi öyrəniblər.
Bu barədə Tomsk Dövlət Universitetinin rusiyalı mütəxəssisləri tədqiqat aparıblar.
Glioma beyin şişinin ən ağır növlərindən biridir və erkən mərhələdə, hətta simptomlar başlayandan sonra belə diaqnoz qoymaq çətindir. Bu tip şiş adətən şiş çıxarıldıqdan sonra aparılan histoloji müayinə ilə təsdiqlənə bilər.
Rusiyalı alimlər qandakı biomarkerlərə əsaslanaraq bu xəstəliyi müəyyən etmək üçün yeni qeyri-invaziv üsul hazırlayıblar. Onlar işlərinin gedişində qanda şiş hüceyrələri tərəfindən ifraz olunan spesifik kimyəvi birləşmələri yüksək dəqiqliklə aşkar etməyə imkan verən Raman spektroskopiyasından istifadə ediblər.
Diaqnostik yanaşmanın inkişafında ilk addım glioma toxumalarında aşkar edilən bioloji markerlərin növləri haqqında məlumatların toplanmasından ibarət olub. Komanda daha sonra insan glioblastoma hüceyrələrinin yeridilmiş laboratoriya siçanları üzərində təcrübə aparıb və onların qan zərdabını müxtəlif intervallarla yoxlayıb. Raman spektroskopiyası bioloji mayelərdə qlioma əlamətlərini müəyyən etməyə imkan verib. Əldə edilən məlumatlar vahid kitabxanada toplanaraq neyron şəbəkənin öyrədilməsi üçün istifadə edilib ki, bu da təhlil prosesinin avtomatlaşdırılmasına kömək edib.
Mütəxəssislərin fikrincə, yeni ixtiradan gələcəkdə digər şişlərin aşkarlanmasında da istifadə etmək olar.
Xəyalə Xəlilova