Qadınların gözəlləşmək üçün üz tutduqları prosedurlardan biri də lazer epilyasiyasıdır. Bəzi qrup qadınlar bundan istifadə edərkən mütləq şəkildə diqqətli olmalıdır.
Belə ki, lazer cərrahı, professor Tatyana Şilova hamilə qadınlar üçün lazer görmə korreksiyasına əks göstərişlər barədə xəbərdarlıq edib.
Qadağanın əsas səbəbi hamilə qadınların görmə qabiliyyətinin qeyri-sabit olması ilə əlaqədardır.
“Əməliyyat zamanı aydın görmə əldə etmək üçün lazerin parametrləri toxumaların hazırkı vəziyyətinə uyğun olaraq proqramlaşdırılır. Hamiləlik və laktasiyadan sonra, hormonların səviyyəsi azaldıqda və göz almasının ölçüsü "hamiləlikdən əvvəlki" normaya qayıtdıqda, görmə yenidən pisləşə bilər", ¬- deyə həkim izah edib.
Qeyd edib ki, bu halda əməliyyatın nəticəsi gözlənilməz ola bilər. Ona görə həmin zamanlar cərrahiyyə əməliyyatı tövsiyə edilmir. Digər bir səbəb antibiotiklər və antiinflamatuar komponentlər olan damcıların istifadəsidir.
"Bu damcıların əksəriyyəti qana hopdurula bilir və dölün vəziyyətinə mənfi təsir göstərir, buna görə də hamiləlik dövründə istifadə edilə bilməz"-n deyə professor sonda qeyd edib.
Sevinc Hüseynova