Ramazan ayında hamilə qadınları maraqlandıran ən vacib sual oruc tutmaqla bağıdır.
Faktmedia.az xəbər verir ki, tanınmış ginekoloq Rəxşəndə Əliyeva mövzu ilə bağlı bütün suallara aydınlıq gətirib.
Həkim bildirib ki, gələcək ana, həkim tərəfindən təsdiqlənibsə, balanslı və nizamlı bir pəhrizi varsa oruc tuta bilar:
“Bunun heç bir ziyanı yoxdur. Bu dövrdə istehlak ediləcək qidalar ana və körpənin qida ehtiyaclarını ən yaxşı şəkildə qarşılayacaq şəkildə təyin olunmalıdır. Sağlam gələcək üçün ananın pəhrizində meyvələr, tərəvəzlər, taxıl qrupları, ət və süd məhsulları, bol maye qidalar olmalıdır”,- deyə o vurğulayıb.
Sevinc Hüseynova