"Bəzi insanlar Ramazan Ayını "Pəhriz ayı" olaraq görür. Bu çox yalnış fikirdir. Halbuki Ramazan dini inanclarımızı yerinə yetirdiyimiz çox mühüm bir aydır. Çox diqqətlə qidalanmaq lazımdır. Çünki biz gündüz qidalanarkən, gecələr yatıb bədənimizi dincəldirik. Ramazanda isə əksinədir. “Yeməyin” dediyimiz saatlarda yemək yediyimiz üçün çox diqqətli olmaq lazımdır. Ona gorə bu ayda qidalanmamıza çox diqqət etməliyik".
Bunu Faktmedia.az-a diyetoloq Ceyhunə Yusifova deyib.
Diyetoloq etdiyimiz səhvlərdən də danışıb:
"Sahursuz oruc tutmaq. Yuxusuz qalmamaq üçün “Axşam yeməyimlə tək yemək yeyirəm, bir yemək yeyərək tətbiq edə bilərəm” deyir. Aralıqlı oruc tutmaq dəbi də var. Amma aralıq oruc belə deyil. Yeyib-içmədən oruc tutduqları üçün həqiqətən də sağlam olmurlar. Su da yetərincə qəbul edilmir, beləliklə maye və elektrolit itkisi də yaşanır. Baş ağrısı, başgicəllənmə, halsızlıq, ürəkbulanma, kramplar və s müşahidə edirik.
Odur ki, sahura qalxmalısınız və sizi tox saxlayacaq qidalar, bir hollamd pendirli və ya avakadolu tost, bir qaynadılmış yumurta, bir stəkan süd, bir banan və ya başqa meyvələrdən istifadə olunmalıdır. Bağırsaqların daha işləməsi üçün lifli çiy tərəvəzlərdən dəstək ala bilərsiniz, bura saatlar da aiddir. Odur ki, səhər yeməyi tərzi südə yulaf əlavə edib bir az darçın, bir ovuc qoz-fındıq və bir az quru meyvə əlavə etdikdə bağırsaq problemi yaratmır və sizi çox tox saxlayır. Oruc tutarkən uzun müddət ac qaldıqdan sonra, iftar vaxtı birdən-birə və çoxlu miqdarda yemək və içmək mədənin uzanmasına və mədədaxili təzyiqin artmasına səbəb olur. Bu dövr reflü şikayətləri və mədə qapağının funksiyası pozulmuş insanlarda mədədə turşulu mayenin yemək borusuna qaçmasına səbəb olaraq döş qəfəsinin və qarının yuxarı hissəsində yanma şikayətinə səbəb olur. Bundan əlavə, bu dövrdə xorası olanlarda uzun müddət ac qalmaq yanma şikayətlərinə səbəb olur.
Ona görə də İftar etdiyiniz zaman ən yaxşısı yeməyə bir stəkan su və bir kasa şorba ilə başlamaqdır. Sulu yumşaq qidalar oruc tutduqdan sonra maye ehtiyacını ödəyir və mədəni rahatlaşdırır".
Havar Şəfiyeva