"Bakı şəhərində sovet dövründən qalma 9 mərtəbəli "Lelinqrad", "Kiyev", "Ekspermental", 2Daşkənd2 kimi proyektli binalarda mənzillərdə qiymət artımı müşahidə olunur. Xüsusilə, 2 və 3 otaqlı mənzillərə təlabat daha yüksək olduğundan bəzən müştərilər mənzil tapmaqda çətinlik çəkirlər. Nəzərə alaq ki, bu mənzillər həm də ipoteka şərtlərinə uyğun olduğundan daha cəlbedicidir. Ötən illə müqayisədə qiymətlərdə 15-20 % qiymət artımı müşahidə olunur. Tələb-təklif nisbətinə baxdıqda, tələblərin daha çox olması qiymət artımına daha da şərait yaradacağına gözləyirik".
Bunu Faktmedia.az-a əmlak eksperti Mülkədar Rüstəmov deyib. Ekspert bildirib ki, qonşu ölkədə baş vermiş təbii fəlakətdən sonra bir çox müştərilər yeni tikili binalara az maraq göstərərək, köhnə binaları daha etibarlı və dözümlü sayırlar:
"Son vaxtlar müşahidələrimiz onu göstərir ki, Yeni Yasamal, Həzi Aslanov və Zabrat istiqamətlərinə axın çoxdur. Buradakl qiymətlər mərkəzə baxanda daha münasibdir. Əlavə olaraq qeyd edim ki, Xırdalan, Masazır, Binəqədi istiqamətlərinə də fərdi həyət evlərinə axın çoxdur.
Həzi Aslanov, Neftçilər istiqamətində 5 mərtəbəli binalarda 2 otaqlı evlərin qiymətləri 85000-95000 civarından başlayır.
9 mərtəbələrdə isə 100-110000 civarında dəyişir. Mərkəzə yaxın istiqamətlərdə isə xüsusilə 4,6,8, 9- cu mikrorayonlarda 9 mərtəbəli binalarda 2 otaqlı mənzillər 120000-125000 civarındadır. 3 otaqlı mənzillər isə 145000-155000 arası dəyişir. Abşeron ərazisində əsasən "Kristal Abşeron2 aktivdir. 2 otaqlı mənzillər 80000-90000, 3 otaqlı isə 100000 qiymətindədir. Burada başqa fərqlər də nəzərə çarpır, sənədsiz binalar çoxdur. İllərdir mənzillərə çıxarış verməyən MTK-lar var. Onlarda qiymətlər daha ucuz təklif olunur. MTK-lar bir mənzili bir neçə təklif etdiyini son illər daha çox müşahidə etmişik. Bəzi MTK sahibləri isə belə hallara görə həbs olunub. Məsləhətimiz odur ki,çıxarışı olmayan binalardan mənzil almasınlar".
Havar Şəfiyeva