Bakının bəzi ərazilərində su kəsintiəri yaşanır. Demək olar ki, hər gün proses davam edir. Bu isə sosial şəbəkələrdə sı qıtlığı və qiymət artımı kimi dəyərləndirilir.
Mövzu ilə bağlı Faktmedia.az-a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.
Qurumun sözcüsü bildirdi ki, suyun qiymət artımı ilə bağlı hələ heç bir məsələ müzakirə olunmur.
Qeyd edək ki, Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. Qərar verilib ki, su itkiləri olan ərazilərdə suyun verilməsi qrafikində dəyişiklik edilsin.
Havar Şəfiyeva