Qarpızın özü də, tumları da sağlamlıq üçün olduqca faydalıdır.
Bunu qidalanma və pəhriz mütəxəssisi diyetoloq Sena Genç deyib.
“Qarpız tumları maqneziumla zəngindir, bu da ümumi dərinin yaxşılaşmasına kömək edir. Ekzema və digər dəri xəstəliklərinə qarşı təsirlidir. Qarpızın tumunu çeynəmək və ya birbaşa udmaq arasında heç bir fərq yoxdur. Hər gün 1 ovuc qarpız tumunu istehlak edə bilərsiniz”,- deyə mütəxəssis qeyd edib.
Onun sözlərinə görə, qarpızın tərkibində 91% su və 7,5% karbohidrat var. 100 qramda 30 kkal kalori var. Bundan əlavə, qarpızın 1 porsiyasında, yəni 150 qramında 45 kalori var.
Diyetoloq bildirib ki, qarpızda olan likopen və sitrulin qan təzyiqi və xolesterini aşağı salaraq ürək sağlamlığını dəstəkləyir. Likopen xolesterolu və qan təzyiqini aşağı salmağa kömək edir.
Xəyalə Xəlilova