Mübahisə zamanı tərəfdaşlar bir-birlərini daha yaxşı tanıya bilir.
Faktmedia.az xəbər verir ki, bunu rus psixoloqu Veronika Simonova Lenta.ru-ya müsahibəsində deyib.
Simonova bildirib ki, mübahisələr istəklərini tərəfdaşa səsləndirməyə kömək edir:
“Mübahisə zamanı partnyorunuzun ehtiyaclarını eşidə və əvvəllər kifayət qədər ifadə etmədiyi əsl hisslərini dilə gətirə bilərsiniz".
Onun sözlərinə görə, mübahisələr emosiyaların içində boğulmamağa kömək edir.
Havar Şəfiyeva