Bir qrup insanlar var ki, səbəbsiz yerə gecələr ağrı çəkirlər. Mütəxəssislər bildirir ki, bu hal heç də səbəbsiz yerə meydana çıxmır.
Belə ki, travma ilə əlaqəli olmayan və gecələr güclənən səbəbsiz ağrılar xərçəngin əlaməti ola bilər.
Bu barədə tanınmış britaniyalı onkoloq və hematoloq Debora Li onkoloji xəstəliyə işarə edən əlamətlər barədə danışarkən xəbərdarlıq edib.
Onun sözlərinə görə, gecələr ağrının bir çox səbəbi ola bilər və bunların heç də hamısı təhlükəli deyil.
“Amma heç bir aydın səbəb olmadan baş verən və yuxuya getməyə çalışarkən güclənən ağrı hissləri həyəcan siqnalı olmalıdır”, - deyə həkim vurğulayıb.
Xəyalə Xəlilova