Fasilələrlə yuxuya getmək orqanizm üçün ciddi fəsadlar yaradır.
Faktmedia.az xəbər verir ki, terapevt Tatyana Romanenko fasilələrlə yuxunun yol aça biləcəyi xəstəliklərdən danışıb.
Xüsusilə, yuxu problemləri yoluxucu xəstəliklərin təzahürü ola bilər və ya beyində qan dövranı ilə bağlı problemləri göstərə bilər.
“Beynin ağır üzvi xəstəlikləri yuxunun pozulmasına səbəb ola bilər. Söhbət şişlərdən gedir”, - deyə Romanenko bildirib.
Həkimin sözlərinə görə, ürək ritminin pozulması da gecələr oyanmaya səbəb ola bilər.
BƏSTİ