Rusiyada difteriya infeksiyası geri qayıdıb, əhalidə bu xəstəliyə qarşı kütləvi immunitetin səviyyəsi getdikcə aşağı düşür.
Faktmedia.az xəbər verir ki, bu barədə rusiyalı tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.
Onun sözlərinə görə, əhalinin kütləvi peyvəndlənməsi ötən əsrin 30-40-cı illərində aparılıb. Həmin vaxt təhlükəli xəstəliyin kökü demək olar ki, tamamilə kəsilib. Ancaq sonralar Rusiyada və MDB ölkələrində bu profilaktik tədbirlərə o qədər də ciddi riayət edilmədi, bu da insidentin artmasına səbəb olub.
“Hazırda Novosibirskdə difteriya epidemiyası getdikcə daha çox müşahidə olunur”, - deyə Myasnikov xəbərdarlıq edib.
Qeyd edək ki, difteriya Corynebacterium Diphteria bakteriyaları tərəfindən törədilən infeksion xəstəlikdir və əsasən döş qəfəsi və yuxarı tənəffüs yollarını zədələyir. Xəstəliyin əsas əlamətləri boğazda ağrı, şişkinlik, az miqdarda temperatur yüksəlməsi hallarıdır. Mütəxəssislər bildirirlər ki, xəstəlik zamanında müalicə olunmazsa,ölüm vəziyyəti də yarada bilər.
Havar Şəfiyeva