"Sianid turşusu - hidrogen sianidin suda məhluludur və çox zəhərli bir qazdır. Maddə 25,6 dərəcədə qaynama və 13,6 dərəcə donma temperaturuna malikdir və onun buxarları çox təhlükəlidir, hətta az miqdarda buxarlar belə ölümcül ola bilər".
Bunu Faktmedi.az-a tibb üzrə ekspert Adil Qeybulla deyib. Professor əlavə edib ki, sianid turşusu tarix boyu həmişə sui-qəsdlərdə, müxtəlif məsələlərdə öldürücü maddə kimi istifadə olunub:
"Onun bir duzu da kalium sianiddir ki, müxtəlif maddələrdə var, məsələn əriyin çəyirdəyində az miqdarda toplanıb bu maddə və əriyin çəyirdəyini yeyən şəxslərdə də müəyyən qədər sianid zəhərlənməsi ola bilər. Amma, sianidin müxtəlif konsentrasiyaları ölümcüldür və onun buxarları da təhlükəlidir. Texniki olaraq sianid əmələ gələn, istifadə olunan yerlərdə onun neytrallaşdırılması həyata keçirilir. Neytrallaşdırılmış sianid artıq ətraf aləm üçün birbaşa təhlükə təşkil etmir, yəni onun buxarları və digər konsentratları, komponentləri canlı aləm, ətraf üçün təhlükə yaratmır. Ona görə də texniki şərtlərdən biri sianid istehsal olunan yerlərdə ilk növbədə onun neytrallaşdırılmasıdır, çünki bu canlı aləm, ətraf üçün təhlükəlidir və ekoloji problemlər yarada bilər".
Rəna Həsənova